• 30.01.2026 » 14:27

Poti–Bakı ekspres blok-qatarının yola salındı

Poti–Bakı ekspres blok-qatarının yola salındı © sabirabadxeber.az
Şrift ölçüsü:

30 yanvar tarixində Gürcüstanın Poti Limanında “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC-nin rəhbər heyətlərinin iştirakı ilə Poti–Bakı ekspres blok-qatarının yola salınması mərasimi keçirilib.

"Sabirabadxəbər.az" xəbər verir ki, tədbirdə yeni ekspres qatarının işə salınmasının əhəmiyyəti qeyd olunub və bildirilib ki, bu xidmət sayəsində yük sahibləri yalnız vaxtlarına deyil, həm də terminalda yük və boş konteynerlərin saxlanması kimi xərclərə qənaət edə biləcəklər.

Poti–Bakı marşrutu üzrə işləyəcək blok-qatar Qara dəniz limanlarını Azərbaycanın liman və terminalları ilə birləşdirəcək, eyni zamanda, yük sahiblərinə Potidən Bakıya və geriyə müəyyən edilmiş vaxtlarda, heç bir gecikmə olmadan konteynerlər əldə etməyə imkan verən sadələşdirilmiş logistika xidmətidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva