Şrift ölçüsü:
Çap et
“Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə gənclərin sürətli düşünmə, diqqət, yaradıcılıq və komanda işi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Fikir Marafonu” adlı əyləncəli oyun keçirilib. 🧠
Oyun zamanı iştirakçılara müxtəlif mövzu və tapşırıqlar təqdim olunub. Gənclər qısa zaman ərzində fikirlərini formalaşdıraraq verilən tapşırıqlara cavab verməyə və öz ideyalarını çevik şəkildə ifadə etməyə çalışıblar. 💡
Maraqlı və dinamik şəraitdə keçirilən oyun iştirakçıların fəallığı və yaradıcı yanaşmaları ilə yadda qalıb. 🤝
“Fikir Marafonu” gənclərin düşünmə sürətinin artırılmasına, yeni ideyalar irəli sürmək və fikirlərini sərbəst ifadə etmək bacarıqlarının inkişafına töhfə verib. ✨
Kopyalandı






