sabirabadxeber.az / Sabirabad Gənclər Evində “Fikir Marafonu” keçirilib

Sabirabad Gənclər Evində “Fikir Marafonu” keçirilib

“Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə gənclərin sürətli düşünmə, diqqət, yaradıcılıq və komanda işi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Fikir Marafonu” adlı əyləncəli oyun keçirilib. 🧠
Oyun zamanı iştirakçılara müxtəlif mövzu və tapşırıqlar təqdim olunub. Gənclər qısa zaman ərzində fikirlərini formalaşdıraraq verilən tapşırıqlara cavab verməyə və öz ideyalarını çevik şəkildə ifadə etməyə çalışıblar. 💡
Maraqlı və dinamik şəraitdə keçirilən oyun iştirakçıların fəallığı və yaradıcı yanaşmaları ilə yadda qalıb. 🤝
“Fikir Marafonu” gənclərin düşünmə sürətinin artırılmasına, yeni ideyalar irəli sürmək və fikirlərini sərbəst ifadə etmək bacarıqlarının inkişafına töhfə verib. ✨
Bu gün, 17:20
Geri