• Bu gün, 12:37

Anar Bayramov bu xəstəxanaya direktor təyin etdi - FOTO

Anar Bayramov bu xəstəxanaya direktor təyin etdi - FOTO © sabirabadxeber.az
Şrift ölçüsü:

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

"Sabirabadxəbər" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb.

Qeyd edək ki, ixtisasca terapevt olan O.Əmənullayev 2025-ci ildən yeni təyinata qədər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının, 2020-2025-ci illərdə isə Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Nuridə Məmmədova olub. O, bu ayın əvvəlində yaşayış yerini dəyişməsi ilə əlaqədar olaraq öz istəyi ilə tutduğu vəzifədən azad olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva