• 21.04.2026 » 10:52

TƏBİB sədrinin 5 müşaviri və departament rəhbərini işdən çıxarıldı - Yenilənib

TƏBİB sədrinin 5 müşaviri və departament rəhbərini işdən çıxarıldı - Yenilənib © sabirabadxeber.az
Şrift ölçüsü:

TƏBİB-in yeni icraçı direktoru Anar Bayramov kadr dəyişikliklərinə başlayıb.

“Sabirabadxəbər"  xəbər verir ki, TƏBİB sədrinin səlahiyyətlərini icra edən Anar İsrafilov tərəfindən 17 gün əvvəl müşavir vəzifəsinə təyin edilmiş həkim Zeynal Bayramlı işdən azad olunub.

Məlumata əsasən, qurumdakı digər müşavirlərin də ərizələri alınıb.

Məsələ ilə bağlı sorğuya qurumun Mətbuat xidmətindən cavab verilməyib.

***

TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovun müvafiq əmri ilə müşavirləri Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu da tutduqları vəzifələrindən azad olunublar. 

Hələ ki onların yerinə təyinat yoxdur. TƏBİB-in icraçı direktorunun digər əmri ilə Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev də işdən çıxarılıb. 

Qeyd edək ki, Anar Bayramov aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva