• 10.03.2026 » 11:12

Hasil Abbasov iki ay əvvəl təyin etdiyi müdiri işdən çıxarıb yeni vəzifə verdi

Hasil Abbasov iki ay əvvəl təyin etdiyi müdiri işdən çıxarıb yeni vəzifə verdi © sabirabadxeber.az
Şrift ölçüsü:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində (DMA) kadr dəyişikliyi olub.
"Sabirabadxəbər" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elnur Qasımov Agentliyin Daxili Nəzarət və Audit Departamentinin müdiri vəzifəsindən azad olunub.
Digər bir əmrlə o, Agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə filialına müdir təyin edilib.
H.Abbasovun daha bir əmri ilə Nailə Dövlətova DMA-nın Maliyyə Departamentinin Maliyyə şöbəsinə müdir təyinatı alıb.
Qeyd edək ki, E.Qasımov Daxili Nəzarət və Audit Departamentinin müdiri vəzifəsinə bu ilin yanvarında təyin olunmuşdu. Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əvvəlki müdiri isə Elnur Əliyev olub. O, ötən ay əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini təyin edilib.
N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva