Şrift ölçüsü:
Çap et
🟢 Sabirabadda Beynəlxalq Gənclər Günü qeyd olunub.
📆 Sabirabad rayonunda “12 Avqust – Beynəlxalq Gənclər Günü” münasibətilə gənclər üçün musiqili və əyləncəli tədbir keçirilib.
🔊Tədbir Mil-Muğan Regional Gənclər və İdman İdarəsi, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Mil-Muğan regionu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı, MİHİ-nin Sabirabad rayon təşkilatı və Sabirabad Gənclər Evi sosial xidmət müəssisəsinin dəstəyi ilə Hophopnamə Kitab Mərkəzində təşkil olunub.
✅ Çıxış edən Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev və Gənclərin İnkişafı və Karyera Mərkəzinin Mil-Muğan regionu üzrə kordinatoru Bilal Muxtarov gəncləri Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edərək, onlara təhsil, karyera, yaradıcılıq və ictimai fəaliyyətlərində uğurlar arzulayıblar.
🇦🇿Çıxışlarda Azərbaycanda dövlət gənclər siyasətinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri qeyd olunub. Bildirilib ki, Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin inkişafı, təşəbbüslərinin dəstəklənməsi və cəmiyyət həyatında fəal iştirakının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
🎶 Tədbirin bədii hissəsində Saatlı rayon Mədəniyyət Mərkəzinin Cəfərxan kənd klubunun əməkdaşları tərəfindən hazırlanmış musiqi proqramı təqdim olunub. Proqram çərçivəsində səsləndirilən musiqi nömrələri ilə yanaşı, rayonun gənc istedadlı ifaçıları da öz çıxışları ilə tədbirə rəng qatıb, iştirakçılara xoş və yaddaqalan anlar yaşadıblar.
Kopyalandı













