• 07.05.2026 » 13:23

Sabirabadda Ulu Öndərin irsini əks etdirən kitab sərgisi təşkil olunub

Sabirabadda Ulu Öndərin irsini əks etdirən kitab sərgisi təşkil olunub © sabirabadxeber.az
Şrift ölçüsü:
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş geniş kitab sərgisi keçirilib.
"Sabirabadxəbər" xəbər verir ki,tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini, Azərbaycanın ictimai-siyasi, mədəni və tarixi inkişafında göstərdiyi misilsiz xidmətləri əks etdirən nəşrlər, eləcə də müxtəlif mövzularda kitablar nümayiş olunub. Sərgidə Sabirabad rayon Mərkəzi Kitabxanasının fondunda mühafizə olunan kitablarla yanaşı, Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Hophopnamə” kitab mərkəzinin və Saatlı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Xəmsə” kitab mərkəzinin nəşrləri də ziyarətçilərə təqdim edilib.
Sərginin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, milli-mənəvi dəyərlərə bağlılığının və Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrin gənc nəslə aşılanması, eyni zamanda kitab mütaliəsinin təbliği və oxu mədəniyyətinin inkişaf etdirilməsi olub.
Tədbirdə həmçinin Sabirabad Tarix-Diyarşünaslıq Muzeyinin fonduna aid qədim və tarixi eksponatlar nümayiş etdirilib. Muzey nümunələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, rayonun zəngin tarixi-mədəni irsinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb.
Sərgiyə baxış zamanı Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbər və əməkdaşları, mədəniyyət işçiləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qonaqlar sərgidə nümayiş olunan kitab və eksponatlarla yaxından tanış olub, təşkil olunan tədbirin maarifləndirici və mədəni əhəmiyyətini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Mil-Muğan Regional Mədəniyyət İdarəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
#MilMuğanRMİ #culture

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva