• 08.07.2026 » 10:23

Güləşçilərimiz Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start verdi

Güləşçilərimiz Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start verdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam edir.

"Sabirabadxəbər" xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 3 üzvü fəxri kürsüyə qalxıb.

Emin Cavadlı (55 kiloqram) finalda ermənistanlı Edqar Petrosyana “tuş”la qalib gələrək Avropa çempionu olub.

Cavidan Nehmətov (77 kiloqram) həlledici görüşdə ermənistanlı Samvel Terteryana (0:4), Orxan Hacıyev (87 kiloqram) isə finalda rusiyalı Mixail Şkarinə (0:10) məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə çıxıb.

Museyi-Kazım Hüseyn (130 kiloqram) bürünc medal görüşündə türkiyəli Üzeyir Bostana ilk xal prinsipinə əsasən (1:1) uduzub.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva