• 31.05.2026 » 14:07

Cüdoçumuz Avropa Kubokunun qalibi oldu

Cüdoçumuz Avropa Kubokunun qalibi oldu © sabirabadxeber.az
Şrift ölçüsü:

Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kubokuna start verilib.

“Sabirabadxəbər” xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi bir qızıl medal qazanıb.

Belə ki, 66 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev bütün rəqiblərinə qalib gələrək çempion olub. Cüdoçumuz finaladək Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb.

Məhəmməd həlledici görüşdə Serbiya idmançısı Marko Yorqiçi ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Aktivində 1 qızıl medal olan milli komandamız medal sıralamasında oğlanlar arasında birinci, ümumi hesabda isə 5-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva