• 17.05.2026 » 12:08

Azərbaycan cüdoçularından Avropa Kubokunda uğurlu start

Azərbaycan cüdoçularından Avropa Kubokunda uğurlu start © sabirabadxeber.az
Şrift ölçüsü:

Polşanın Bielsko-Biala şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürüb.

"Sabirabadxəbər" xəbər verir ki,Azərbaycan millisi ilk yarış gününü 8 medalla başa vurub. Onlar 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İlkin Qarayev (-66 kq) və Zəhra Quliyeva (-40 kq) yarışı gümüş medalla tamamlayıblar.

Nihad Ağayev (-50 kq), Rza Xəlilli (-55 kq), Mehman Əsgərov (-60 kq) və Pərvin Sevxanlı (-44 kq) isə bürünc mükafata sahib çıxıblar.

İlk yarış gününün ardından Azərbaycan komandası medal əyarına görə ümumi hesabda birinci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva