Şrift ölçüsü:
Çap et
"Sabirabadxəbər" xəbər verir ki, Almaniyanın Bremen şəhərində cüdo üzrə Beynəlxalq Masters Turnirinə yekun vurulub. Yarışın son günündə U-21 yaş kateqoriyasında idmançılarımızdan Cəsur İbadlı (81 kq), Süleyman Şükürov (90 kq) və Ramazan Əhmədov (+100 kq) qızıl, Ayxan Mirzəzadə (60 kq) və Əli Qazıməmmədov (90 kq) gümüş, Səlim Sultanov (73 kq), Mehdi Abbasov (81 kq), Roman Qarayev (81 kq), Davud Namazlı (100 kq), Vidad Əliyev (100 kq), Eldar Əliyev (+100 kq) və Sübhan Axundov (+100 kq) bürünc medal qazanıblar.
Beləliklə, 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanan millimiz komanda hesabında birinci olub.
Təbrik edirik
N.Quliyeva
Kopyalandı
















