• 29.01.2026 » 19:05

Azərbaycan cüdoçuları Belçikada beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan cüdoçuları Belçikada beynəlxalq turnirdə iştirak edəcəklər © sabirabadxeber.az
Şrift ölçüsü:

31 yanvar - 1 fevral tarixlərində Belçikada cüdo üzrə Beynəlxalq Açıq Turnir keçiriləcək.

"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Azərbaycan komandası yarışda ümumilikdə 14 çəki dərəcəsində 31 cüdoçu (17 kişi, 14 qadın) ilə təmsil olunacaq.

İdmançılarımıza kişilərdən ibarət milli komandanın böyük məşqçisi Slavko Tekiç, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.

Qeyd edək ki, kişilərin mübarizəsi Vise, qadınların yarışı isə Herstal şəhərlərində baş tutacaq.

Yarışda iştirak edəcək heyəti təqdim edirik:

Kişilər

60 kq : Babarəhim Mirzəyev , Murad Muradlı , Murad Əliyev, Fərid Qarayev

66 kq : Hüseyn Allahyarov , Yaşar Nəcəfov , Tofiq Məmmədov

73 kq : Kamran Süleymanov, Əbil Yusubov

81 kq : Cəsur İbadlı , Mehdi Abbasov

90 kq : Əli Qazıməmmədov, Zelim Tçkayev

100 kq : Davud Namazlı , Nihad Şıxəlizadə

100 kq-dan çox : Ramazan Əhmədov, Camal Feyziyev

Qadınlar:

48 kq : Şəfəq Həmidova, Diana Tçkayeva

52 kq : Könül Əliyeva , Çinarə Sadıqova, Aydan Vəliyeva , Gültac Məmmədəliyeva , Leyla Əliyeva

57 kq : Ülviyyə Bayramova

63 kq : Fidan Əlizadə , Nərgiz Hacıyeva

70 kq : Aytac Qardaşxanlı , Südabə Ağayeva

78 kq : Nərmin Əmirli

78 kq-dan çox : Madina Kaisinova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva