• 04.07.2026 » 13:17

Naftalan, Samux və Mingəçevirdə yeni “Sağlam məhəllə”lər istifadəyə verildi

Naftalan, Samux və Mingəçevirdə yeni “Sağlam məhəllə”lər istifadəyə verildi © sabirabadxeber.az
Şrift ölçüsü:
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində iyulun 3-də Naftalan, Samux, Mingəçevir şəhərlərində idman zonaları istifadəyə verilib.
Açılış mərasimlərində gənclər və idman naziri Fərid Qayıbov, müvafiq rayonların icra hakimiyyətlərinin başçıları, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər və gənc idmançılar iştirak ediblər.
Hər bir “Sağlam məhəllə”də minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. Nazir Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla və məhəllə sakinləri ilə söhbət edib.
Qeyd edək ki, indiyədək Bakı şəhərində və müxtəlif rayonlarda 21 “Sağlam məhəllə” layihəsi icra edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva