• 04.03.2026 » 17:30

Fərid Qayıbov Şirvan sakinlərini qəbul edib

Fərid Qayıbov Şirvan sakinlərini qəbul edib © sabirabadxeber.az
Şrift ölçüsü:

Martın 4-də gənclər və idman naziri Fərid Qayıbov Şirvanda Hacıqabul rayon və Şirvan şəhər sakinlərini qəbul edib.

"SABİRABADXƏBƏR" xəbər verir ki, 

Qəbuldan öncə nazir Fərid Qayıbov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Şirvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.


Sonra nazir Fərid Qayıbov Şirvan şəhəri Heydər Əliyev Mərkəzini ziyarət edib.


Şirvan Gənclər Evində keçirilən qəbulda vətəndaşları dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.


Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda mart ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.



Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva