• 01.07.2026 » 14:21

İtkin-şəhid Yarməmməd Nuriyev Xaçmazda dəfn olundu

İtkin-şəhid Yarməmməd Nuriyev Xaçmazda dəfn olundu © sabirabadxeber.az
Şrift ölçüsü:

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Yarməmməd Maqsud oğlu Nuriyevin meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.

"Sabirabadxəbər" xəbər verir ki, şəhidin nəşi Xaçmaz rayonunun Köhnə Xudat kəndində ailəsinə təhvil verilib.

Daha sonra Yarməmməd Nuriyevin meyitinin qalıqları kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin doğmaları, rayonunun vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Yarməmməd Nuriyev 1961-ci il dekabrın 29-da Xaçmaz rayonunun Köhnə Xudat kəndində anadan olub. O, 1993-cü ilin dekabr ayında Cəbrayıl istiqamətində şiddətli döyüşlər zamanı itkin düşüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva