• 20.02.2026 » 15:35

Yolçu Məmmədovun nəşinin qalıqları torpağa tapşırıldı

Yolçu Məmmədovun nəşinin qalıqları torpağa tapşırıldı © sabirabadxeber.az
Şrift ölçüsü:

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Yolçu Sarı oğlu Məmmədovun nəşinin qalıqları 34 il sonra doğulduğu Şəmkir rayonunda torpağa tapşırılıb.

"Sabirabadxəbər.az" Teleqrafa istinadən xəbər verirki,

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhid Yolçu Məmmədovun nəşinin qalıqları bu gün doğulduğu Seyfəli kəndinə gətirilərək ailəsinə təhvil verilib.

Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmalarının iştirakı ilə vida mərasimi keçirilib. Cənazə namazı qılındıqdan sonra şəhid Yolçu Məmmədovun nəşinin qalıqları Seyfəli kəndindəki Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Yolçu Sarı oğlu Məmmədov 1966-cı ildə Şəmkir rayonun Seyfəli kəndinə anadan olub. 1992-ci ilin iyun ayında könüllü Qarabağ döyüşlərinə qatılıb. Elə həmin ilin 13 iyun tarixində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə itkin düşüb. Şəhid Yolçu Məmmədov ailəli olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva