• 30.06.2026 » 16:02

Daha 6 itkin-şəhid dəfn ediləcək

Daha 6 itkin-şəhid dəfn ediləcək © sabirabadxeber.az
Şrift ölçüsü:

Birinci Qarabağ müharibəsinin daha 6 itkin-şəhidi dəfn olunacaq.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Nuriyev Yarməmməd Maqsud oğlu iyulun 1-i Xaçmaz rayonu, Köhnə Xudat kənd qəbiristanlığında;

Kamalov Bahadur Məhəmməd oğlu iyulun 3-ü Kəlbəcər rayonu, Zar kəndi, yeni qəbiristanlığında;

Babayeva Mədinə Rəhim qızı iyulun 3-ü Kəlbəcər rayonu, Daşbulaq kənd qəbiristanlığında;

Əhmədov Rauf Əjdər oğlu iyulun 3-ü Goranboy rayonu, Sarov kənd qəbiristanlığında;

Musayev Dəyanət Salik oğlu iyulun 3-ü Ucar rayonu, Boyat kənd qəbiristanlığında;

Əliyev Möysüm Murad oğlu iyulun 3-ü Füzuli rayonu, Mahmudlu 2 kənd qəbiristanlığında dəfn olunacaq.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva