Şrift ölçüsü:
Çap et
Birinci Qarabağ müharibəsinin mülki şəhidi Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb.
"Sabirabadxəbər.az" Oxu.Az-a istinadən xənər verirki, onun nəşi yaxın günlərdə ailəsinə veriləcək.
Qeyd edək ki, B.Kamalov 19 yanvar 1937-ci ildə Kəlbəcər rayonunda doğulub.
O, Zar kənd sovetinin sədri vəzifəsində işləyib. Erməni qoşunları Kəlbəcəri işğal edərkən 5 aprel 1993-cü ildə Kəlbəcər rayonu ərazisində itkin düşüb. 8 aprel 1993-cü ildə ermənilər tərəfindən öldürülüb.
İndiyə qədər mərhumun məzar yeri bilinmirdi. Onun ailəsi Kəlbəcər rayonundan qaçqın düşdükdən sonra Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşıb.
Kopyalandı



