sabirabadxeber.az / 30 ildən çox idi ailəsi axtarırdı: Kəlbəcərdən NƏŞİ TAPILDI

30 ildən çox idi ailəsi axtarırdı: Kəlbəcərdən NƏŞİ TAPILDI

Birinci Qarabağ müharibəsinin mülki şəhidi Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb.

"Sabirabadxəbər.az" Oxu.Az-a istinadən xənər verirki, onun nəşi yaxın günlərdə ailəsinə veriləcək.

Qeyd edək ki, B.Kamalov 19 yanvar 1937-ci ildə Kəlbəcər rayonunda doğulub.

O, Zar kənd sovetinin sədri vəzifəsində işləyib. Erməni qoşunları Kəlbəcəri işğal edərkən 5 aprel 1993-cü ildə Kəlbəcər rayonu ərazisində itkin düşüb. 8 aprel 1993-cü ildə ermənilər tərəfindən öldürülüb.

İndiyə qədər mərhumun məzar yeri bilinmirdi. Onun ailəsi Kəlbəcər rayonundan qaçqın düşdükdən sonra Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşıb.

13.02.2026 » 15:18
Geri