• 01.07.2026 » 16:57

Qarabağ" böyük hesabla uduzdu

Qarabağ" böyük hesabla uduzdu © sabirabadxeber.az
Şrift ölçüsü:

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" növbəti yoxlama oyununu keçirib.

"Sabirabadxəbər" xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın "Xarkov" klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qarabağ"ın heyətində qolları 48-ci dəqiqədə klubun yeni transferi Jali Muaddib və 68-ci dəqiqədə penaltidən Kadi Borges vurublar.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv günün ikinci matçında Macarıstanın "Ferensvaroş" komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” Avstriyadakı ilk sınaq oyununda yerli “Tirol” komandasına 4:0 hesabı ilə qalib gəlib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva