• Bu gün, 11:46

Biləsuvarda "Azərbaycanın hərb tarixi" mövzusunda intellektual yarış keçirilib

Biləsuvarda "Azərbaycanın hərb tarixi" mövzusunda intellektual yarış keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Biləsuvarda "Azərbaycanın hərb tarixi" mövzusunda "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə rayon birinciliyi keçirildi

Biləsuvar Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun və GİKM-nin Şirvan-Salyan Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş "Azərbaycan hərb tarixi" mövzusunda "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edən Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev bu əlamətdar günün əhəmiyyətindən, Silahlı Qüvvələrimizin keçdiyi şanlı yoldan bəhs etdi. Qeyd olundu ki, tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunması, vətənpərvərlik duyğularının gücləndirilməsi, Azərbaycan Ordusunun qəhrəmanlıq tarixinin məktəblilərə aşılanması və intellektual gənclərin üzə çıxarılmasıdır.

Maraqlı keçən yarışın sonunda, İnternat tipli lisey-məktəbin “İnception” komandası I yerə, Şəhər 6 nömrəli tam orta məktəbin “Nərimanovlar” komandası II yerə, M.İbrahimov təhsil Kompleksinin “Mübarizlər” komandası isə III yerə layiq görülüb.

Qalib komandalar Şirvan-Salyan Regional Gənclər və İdman idarəsinin diplomları ilə mükafatlandırılıb.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva