• 21.06.2026 » 15:15

Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı

Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.

"Sabirabadxəbər" xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda Rami Kiuanla (Bolqarıstan) döyüşüb.

Hər 3 raundu xeyrinə başa vuran Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb və Dünya Kubokunda qızıl medala yiyələnib.

Beləliklə, Azərbaycan milli komandası 40 ölkənin 300 idmançısının qatıldığı ilin ikinci reytinq xarakterli yarışını 1 qızıl və 2 bürünc medalla başa vurub.

Boksçularımızdan daha öncə Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) bürünc mükafat qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva