• 19.06.2026 » 11:14

İxtisas seçimində hansı qrupların ballarında artım ola bilər?

İxtisas seçimində hansı qrupların ballarında artım ola bilər? © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu il 2-ci ixtisas qrupu üzrə keçid ballarında artım olacağı gözlənilir...

"Sabirabadxəbər" Xəzər Tv-yə istinadən xəbər verir ki, ötən gün Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə blok imtahanının birinci cəhd nəticələrini elan edib. Nəticələrə əsasən, II ixtisas qrupu üzrə bir nəfər 397 bal, III ixtisas qrupu üzrə isə üç nəfər maksimal nəticə - 400 bal toplayıb.

Bəs II və III ixtisas qruplarında hansı ixtisasların keçid ballarında artım ola bilər?

Təhsil eksperti Elmin Nurinin sözlərinə görə, ötən illərlə müqayisədə III ixtisas qrupunda ciddi bal artımı gözlənilmir. Yalnız daha çox tələb olunan və prestijli hesab edilən bəzi ixtisaslarda müəyyən qədər ola bilər.

Təhsil eksperti bildirir ki, III ixtisas qrupundan fərqli olaraq, bu il II ixtisas qrupunda daha gərgin rəqabətin olacağı gözlənilir. Bunun əsas səbəbi isə bu qrupa sənəd verən abituriyentlərin sayının artmasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva