• 06.06.2026 » 14:40

Hərbçimiz həlak oldu - FOTO

Hərbçimiz həlak oldu - FOTO © sabirabadxeber.az
Şrift ölçüsü:

Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun hərbçisi həlak olub.

"Sabirabadxəbər" Oxu.az-a istinadən xəbər verir ki, gizir Rəcəb Mənsimli xidmət zamanı baş verən hadisə nəticəsində həyatını itirib.

İlkin məlumata əsasən, hadisə Kəlbəcərdə yerləşən Ömər aşırımı istiqamətində qeydə alınıb. Bildirilir ki, R.Mənsimli aşırımda yıxılan əsgərə kömək etmək üçün gedib, həmin əsgər xilas edilib, özü isə həyatını itirib.

Gizir Rəcəb Mənsimli bu gün Yardımlı rayonunun Zevin kəndində torpağa tapşırılıb. Onun ailəli olduğu bildirilir, övladı olmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva