Şrift ölçüsü:
Çap et
🟢 Sabirabadda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
📆 Sabirabad Gənclər evində Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin və Sabirabad “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
📋 Tədbirdə insan hüquqlarının qorunması, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, eləcə də bu sahədə aparılan işlər barədə ətraflı məlumat verilmişdir. İnsan hüquqlarının cəmiyyətin inkişafındakı rolu vurğulanmış, iştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Kopyalandı











