Saatlıda İnformasiya təhlükəsizliyinin gücləndirilməsi mövzusunda təlim keçirilib.
"Sabirabadxəbər" in məlumatına görə, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektoru və Saatlı “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə İnformasiya təhlükəsizliyinin gücləndirilməsi mövzusunda təlim keçirilib.
Mövzu ilə bağlı MMRGİİ-nin Saatlı rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Sahil Həsənli çıxış edərək informasiya təhlükəsizliyinin müasir dövrdə əhəmiyyətindən bəhs etmiş, şəxsi məlumatların qorunması, güclü şifrələrin yaradılması, sosial şəbəkələrdən düzgün istifadə, kibertəhlükələrdən müdafiə yolları barədə ətraflı məlumat vermişdir.
Təlimin sonunda iştirakçılara təhlükəsiz internet istifadəsi ilə bağlı tövsiyələr verilmiş və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.











