• 23.05.2026 » 11:03

Mingəçevir” “Səbail”i darmadağın etdi - Premyer Liqaya vəsiqə qazana bilərlər

Mingəçevir” “Səbail”i darmadağın etdi - Premyer Liqaya vəsiqə qazana bilərlər © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycan I Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.

“Sabirabadxəbər” xəbər verir ki, sonuncu – 27-ci turda “Mingəçevir” doğma meydanda “Səbail”i qəbul edib.

Həmin matçda Mingəçevir təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın edib. Onlar bu qələbə sayəsində turnir cədvəlində ikinci pilləyə yiyələnərək Misli Premyer Liqasına vəsiqə qazanmaq uğrunda pley-off görüşündə iştirak etmək hüququ əldə ediblər.

Növbəti mövsümdə elitada oynamaq istəyən “Mingəçevir” pley-off mərhələsində “Qəbələ” ilə üz-üzə gələcək. Sözügedən qarşılaşma mayın 28-də baş tutacaq.

Qeyd edək ki, I Liqada çempion olan “Şəfa” Azərbaycan Premyer Liqasına birbaşa vəsiqə qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva