• 20.05.2026 » 16:11

Vüsal Xəlilov növbəti 5 il üçün Mərkəz RFF-nin prezidenti seçildi

Vüsal Xəlilov növbəti 5 il üçün Mərkəz RFF-nin prezidenti seçildi © sabirabadxeber.az
Şrift ölçüsü:

Mərkəz Regional Futbol Federasiyasının növbədənkənar V hesabat-seçki yığıncağı keçirilib.
Mərkəzi Regional Futbol Federasiyasından "Sabirabadxəbər" ə verilən məlumata görə, yığıncaq iştirakçıları əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


Daha sonra federasiyanın prezidenti Nadir Quliyev hesabat dövründə görülən işlər, region futbolunun inkişafı istiqamətində həyata keçirilən layihələr, keçirilən yarışlar və qarşıda duran əsas məqsədlər barədə geniş məruzə ilə çıxış edib.


Hesabat məruzəsindən sonra iştirakçılar tərəfindən çıxışlar dinlənilib, federasiyanın fəaliyyəti yüksək qiymətləndirilib və gələcək planlarla bağlı fikir mübadiləsi aparılıb.


Yığıncağın gündəliyində duran təşkilati məsələlərə də baxılıb. Səsvermənin nəticəsinə əsasən Vüsal Mirzəcan oğlu Xəlilov növbəti 5 il müddətinə Mərkəz Regional Futbol Federasiyasının prezidenti seçilib. Eyni zamanda 5 nəfərdən ibarət yeni idarə heyəti formalaşdırılıb.


Tədbirdə Rüfət Əmirov və Füzuli Nəcəfov iştirak ediblər.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva