• 14.05.2026 » 14:20

“Sabah” onun üçün 1 milyon avro ödədi

“Sabah” onun üçün 1 milyon avro ödədi © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabah” müdafiəçi Timoteuş Puxaçın transferi üçün Almaniyanın “Holştayn Kil” klubu ilə danışıqları uğurla yekunlaşdırıb.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.

Bildirilib ki, “Sabah” 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb.

Polşalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Puxaç ötən ilin sentyabrından “Sabah”ın uğurları üçün çalışır. O, cari mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.

Almaniyanın “Holştayn Kil” klubunun idman direktoru Olaf Rebbe açıqlamışdı ki, Puxaç üçün “Sabah”dan 1 milyon avro istəyiblər. Masazır klubu həmin məbləği ödəyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva