• 06.05.2026 » 08:26

Beyləqanda növbəti ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Beyləqanda növbəti ağacəkmə aksiyası keçirilib - FOTOLAR © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Beyləqan rayonunda həyata keçirilən silsilə tədbirlər davam etdirilir.

"Sabirabadxəbər" xəbər verir ki, bu tədbirlər ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması istiqamətində məqsədyönlü fəaliyyətlərlə də müşayiət olunur.

Bu çərçivədə rayonun Əlinəzərli kəndində növbəti ağacəkmə aksiyası təşkil olunmuşdur. Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti qurumların nümayəndələri və kənd sakinləri iştirak etmişlər.

Aksiya çərçivəsində müxtəlif növ ağac tingləri əkilmiş, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş və ərazinin yaşıllaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

Bu kimi tədbirlər rayon ərazisində ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllıq sahələrinin artırılmasına mühüm töhfə verir.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva