Şrift ölçüsü:
Çap et
Salyanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilmişdir
"Sabirabadxəbər" xəbər verir ki,4 may 2026-cı il tarixində Kür çayının Salyan şəhərindən keşən hissəsinin sahilində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilmişdir. Aksiya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ana Kür” Ekoloji Problemlərin öyrənilməsinə Kömək İctimai Birliyinin layihəsi əsasında həyata keçirilmişdir. Aksiyada Salyan Rayon İcra Hakimiyyətinin, YAP Salyan rayon təşkilatının nümayəndələri, “Ana Kür” Ekoloji Problemlərin öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri və könüllüləri, idarə, müəssisə və təşkilat nümayəndələri ziyalılar, QHT nümayəndələri eləcə də ərazidə yaşayan vətəndaşlar iştirak etmişlər.
Aksiya çərçivəsində 50-ə yaxın şam ağacı əkilmiş, suvarılmış və aqrotexniki qulluq göstərilmişdir.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.
Kopyalandı










