Şəhid Süleyman Qarayevin ailəsi ziyarət olunub. 🇦🇿
"Sabirabadxəbər" xəbər verir ki, Sabirabad Gənclər evi" sosial xidmət müəssisəsinin başladığı "Vətən əmanəti" layihəsi çərçivəsində torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidimiz Qarayev Süleyman Hacı Əlbağış oğlunun ailəsi ziyarət ediblər.
Qarayev Süleyman Hacı Əlbağış oğlu Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq, göstərdiyi şücaət və mərdliklə adını şanlı tariximizə yazıb. Ziyarət zamanı qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolundan qürurla bəhs edilib, onun xatirəsinin qəlbimizdə əbədi yaşayacağı bir daha vurğulanıb.
"Vətən əmanəti" layihəsinin əsas məqsədi şəhidlərimizin xatirəsini uca tutmaq, onların ailələrinə mənəvi dəstək olmaq və qəhrəmanlarımızın həyat yolunu gənclər arasında təbliğ etməkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!








