Açıq qapı günü keçirilib
"Sabirabadxəbər" xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumitəhsil müəssisələrində “Açıq qapı günü” təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd valideynlərin və ictimaiyyət nümayəndələrinin məktəb mühiti ilə yaxından tanış olmasını təmin etmək, tədris prosesi, müəllim-şagird münasibətləri və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat vermək olub.
Açıq qapı günü çərçivəsində qonaqlar dərsləri izləyib, məktəblərin maddi-texniki bazası ilə tanış olub, müəllim və şagirdlərlə ünsiyyət quraraq onların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.
Belə tədbirlərin təşkili təhsil müəssisələri ilə ictimaiyyət arasında əlaqələrin möhkəmləndirilməsinə, şəffaflığın artırılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir








