• 25.04.2026 » 16:34

Sabirabadda “Əlaçı” intellektual oyununun seçim turu keçirilib

Sabirabadda “Əlaçı” intellektual oyununun seçim turu keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə “Əlaçı” intellektual oyununun seçim turu keçirilib.

"Sabirabadxəbər" xəbər verir ki, 

Sabirabad şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində IX sinif şagirdləri arasında Elm və Təhsil Nazirliyi ilə İctimai Televiziyanın birgə layihəsi olan “Əlaçı” intellektual oyununun seçim turu keçirilib. 


Test üsulu ilə keçirilən seçim turunda şagirdlərə bütün fənləri və dünyagörüşü əhatə edən suallar təqdim olunub. Müsabiqənin nəticələri barədə məlumatlar şagirdlərin təhsil aldıqları məktəblərə göndəriləcək.


Müsabiqədə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından ümumilikdə 99 nəfər IX sinif şagirdi iştirak edib.


Qeyd edək ki, seçim turunun nəticələrinə əsasən ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak hüququ qazanacaqlar.


Layihənin məqsədi istedadlı yeniyetmələri üzə çıxarmaq və onların intelektual inkişafını stimullaşdırmaqdır.




Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva