• 25.04.2026 » 09:24

Narkotik təsiri altında olan sürücü saxlanıldı

Narkotik təsiri altında olan sürücü saxlanıldı © sabirabadxeber.az
Şrift ölçüsü:

Qanun pozuntusunu gizlətmək istəyən sürücü saxlanıldı – narkotik təsiri altında olduğu müəyyən edildi


22 aprel 2026-cı il tarixində saat 13:00 radələrində Bakı–Quba yolunun 129-cu kilometrliyində “DAF” markalı, 19 BX 609 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şivəxanov Azad Tahir oğlu elektron tərəzi qurğusunun yerləşdiyi yol sahəsinə yaxınlaşarkən nəzarətdən yayınmaq məqsədilə nəqliyyat vasitəsini təhlükəli vəziyyətdə geriyə hərəkət etdirərək digər hərəkət iştirakçıları üçün təhlükə yaratmışdır. Daha sonra sürücü dövlət qeydiyyat nişanını qəsdən palçıqlayaraq bu vəziyyətdə hərəkətini davam etdirmişdir.


Həmin qanunazidd hərəkətlər kameralar vasitəsilə aşkar olunmuş və nəqliyyat vasitəsi dərhal YPX əməkdaşları tərəfindən saxlanılmışdır.


Yoxlama zamanı nəqliyyat vasitəsinin çəkisinin normadan artıq olduğu, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, eləcə də onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir.


Fakt üzrə müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilmiş, məhkəmənin qərarı ilə A. Şivəxanov 30 gün müddətində inzibati qaydada həbs edilmişdir.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva