"Sabirabadxəbər" xəbər verir ki, 24 aprel 2026-ci il tarixində Salyan rayonunda Çernobıl faciəsinin 40-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Çernobıl faciəsinin 40-cı ildönümü ilə bağlı Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Salyan rayon Tarix Diyarşünaslıq Muzeyində anım tədbiri keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda və Çernobıl faciəsi zamanı həlak olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım tədbirində Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəşad Cəbrayılov çıxış edərək Çernobıl qəzasının başvermə səbəbləri, onun ağır nəticələri və dünya tarixində ən böyük texnogen fəlakətlərdən biri kimi qiymətləndirilməsi barədə ətraflı məlumat verərək, dövlət tərəfindən Çernobıl əlillərinə hər zaman yüksək diqqət və qayğı göstərildiyini, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini diqqətə çatdımışdır. “Çernobıl Əlilləri İttfaqı” rayon təşkilatnın sədri Abdul Quliyev, Tarix Diyarşünaslıq muzeyinin direktoru Rəfiqə Ağabəyova, “Ana Kür” İctimai birliyinin sədri Rüstəm Məlikov, Tarixçi-tədqiqatçı Sahib Həsənov, “Çernobıl Əlilləri İttfaqı” rayon təşkilatnın üzvü Məhəbbət Cəfərov və digərlər çıxış edərək Çernobıl qəzasının başvermə səbəbləri, onun ağır nəticələri və dünya tarixində ən böyük texnogen fəlakətlərdən biri kimi qiymətləndirilməsi barədə ətraflı məlumat verilib, Çernobıl əlillərinə göstərilən dövlət qayğısını yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

















