• 23.04.2026 » 21:00

İmişlidə qəza - Yaralılar var

İmişlidə qəza - Yaralılar var © sabirabadxeber.az
Şrift ölçüsü:

23.04.2026-ci il tarixində saat 15:40 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Sabirabadxəbər" xəbər verir ki, TƏBİB-dən  verilən məlumata görə, yaralılara bədənin müxtəlif nahiyələrinin travması, başın və bədənin müxtəlif nahiyələrinin əzilmiş və açıq yaraları, sağ mil və sol körpücük sümüklərinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva