• 23.04.2026 » 14:12

Salyanda “Aystore” marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Salyanda “Aystore” marketdə istehlaka yararsız məhsullar aşkarlanıb © sabirabadxeber.az
Şrift ölçüsü:

Salyanda “Aystore” marketdə istehlaka yararsız məhsullar aşkarlanıb


"Sabirabadxəbər" xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan şəhəri, Bakı-Astara yolu 130-cu kilometr ünvanında yerləşən, fiziki şəxs Ələkbərova Bahar Ağasəf qızına məxsus “Aystore” marketdə yoxlama keçirib.


İctimai iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, eləcə də temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. İstifadə müddəti bitmiş istehlaka yararsız qida məhsulları və etiket məlumatlarında uyğunsuzluqlar olan saxta alkoqollu içkilər aşkarlanıb. Yoxlama zamanı həmçinin satışa çıxarılan qida məhsullarına dair müvafiq müşayiətedici sənədlər təqdim edilməyib.


Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsulların satışının qadağan olunması və dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülüb, araşdırmalar davam etdirilir.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva