• 05.02.2026 » 11:59

Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı

Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı © sabirabadxeber.az
Şrift ölçüsü:

"By Fateh" ictimai iaşə obyektində yoxlama aparılıb.


"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.


Bildirilib ki Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, m 15 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hüseyn İsa oğlu Xəlilzadəyə məxsus "By Fateh" ictimai iaşə obyektində plandankənar yoxlama keçirilib.


Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahələrində havalandırma sisteminin quraşdırılmadığı, xammal ət məhsullarına dair müşayiətedici sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi məlum olub. Eyni zamanda satış üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırılma əlamətləri olan "Chivas" əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb.


Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.


Nümunələr götürülərək laboratoriyaya təqdim edilib.


Qeyd edək ki, sözügedən "By Fateh" restoranı məşhur meyxanaçı Ayqin Fatehindir.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva