• 06.03.2026 » 18:46

Salyanda “Dəf kimi”də yoxlama - Nöqsanlar aşkarlandı

Salyanda “Dəf kimi”də yoxlama - Nöqsanlar aşkarlandı © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan şəhəri, Ə.Qasımzadə küçəsi, ev 57 ünvanında fiziki şəxs Samir Zehin oğlu Əhmədova məxsus fərdi yaşayış sahəsində fəaliyyət göstərən “Dəf kimi” əmtəə nişanlı qənnadı məhsullarının istehsalı sexində yoxlama aparıblar.

"SABİRABADXƏBƏR" xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı qida obyektində bir sıra nöqsanlar aşkarlanıb.

Emal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi, xammal anbarının təşkil edilmədiyi və hazır məhsullar üçün sahənin ayrılmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı və digər tələblərin pozulduğu müəyyən edilib.

Müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, fiziki şəxs barəsində inzibati protokol tərtib olunub.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva