• 22.04.2026 » 22:00

Azərbaycan kubokunda finalçılar müəyyənıəşdi

Azərbaycan kubokunda finalçılar müəyyənıəşdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu gün Azərbaycan kubokunda 1/2 finalın daha bir cavab matçı keçirilib.


"Sabirabadxəbər" xəbər verir ki, bununla da ikinci finalçının adı məlum olub.


"Sabah" öz meydanında "Qarabağ"la qarşılaşıb. Matç "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatıb. 


Qeyd edək ki, matçın 36-cı dəqiqəsində Ağdam təmsilçisinin qapıçısı Mateus Koxalski "Sabah"ın futbolçusu Velko Simiçə qarşı kobud oynadığı üçün qırmızı vərəqə alıb və komanda azlıqda mübarizə aparmalı olub.


Xatırladaq ki, ötən mövsüm Azərbaycan kubokunun finalında da bu komandalar üz-üzə gəlib və "Sabah" 3:2 hesablı qələbə qazanaraq turnirin qalibi olub.


Beləliklə, finala yüksələn "Zirə" və "Sabah" komandaları mayın 13-də final matçında üz-üzə gələcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva