• 28.01.2026 » 16:15

"Qarabağ"ın futbolçusu Mateus Silvanın açıqlaması

"Qarabağ"ın futbolçusu Mateus Silvanın açıqlaması © sabirabadxeber.az
Şrift ölçüsü:

Çempionlar Liqasında yeni tarix yaza biləcəyimizə inanırıq.

"Sabirabadxəbər.az" xəbər verir ki, bu sözləri “Qarabağ”ın braziliyalı futbolçusu Mateus Silva ölkəsinin mətbuatına açıqlamasında deyib.

Sağ cinah müdafiəçisi Çempionlar Liqasında mübarizə aparmağın hər bir futbolçunun arzusu olduğunu bildirib: “Belə bir turnirin əsas mərhələsində çıxış etmək mənim üçün çox xoşdur. Bu, hər bir futbolçunun arzusudur. Belə böyük oyunlarda komandama kömək etmək xüsusi hissdir. Komandamızda çox güclü birlik var və biz tarix yaza biləcəyimizə inanırıq. İndi əsas məqsəd emosiyalara qapılmamaq və bütün diqqəti “Liverpul”la oyuna yönəltməkdir”.

Qeyd edək ki, Mateus Silva Çempionlar Liqasında ən çox qayda pozuntusuna (23) məruz qalan futbolçu olmaqla yanaşı, ən çox ikili mübarizə qazanan oyunçular arasındadır (56 dəfə).

Xatırladaq ki, yanvarın 28-dən 29-na keçən gecə keçiriləcək “Liverpul” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva