• 09.04.2026 » 14:46

İsmayıllı DPT Mərkəzində pedaqoji kollektivlə İdeoloji görüş keçirilib.

İsmayıllı DPT Mərkəzində pedaqoji kollektivlə İdeoloji  görüş keçirilib. © sabirabadxeber.az
Şrift ölçüsü:


İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində pedaqoji kollektivlə İdeoloji maarifləndirmə konsepsiyası çərçivəsində görüş keçirilib.


"Sabirabadxəbər" xəbər verir ki, Tədbirin əsas məqsədi İdeoloji maarifləndirmə istiqamətində həyata keçirilən fəaliyyətlərin dəyərləndirilməsi, mövcud vəziyyətin təhlili və gələcək hədəflərin müəyyənləşdirilməsi olub. Görüş zamanı bu sahədə görülən işlərə ümumi baxış keçirilib, təhsilalanlarla aparılan maarifləndirici tədbirlərin nəticələri diqqətə çatdırılıb.


Müzakirələrdə əldə olunmuş nailiyyətlər qiymətləndirilib, qarşıda duran vəzifələrin daha effektiv icrası üçün təkliflər səsləndirilib. Eyni zamanda, gənclərin idmana marağının artırılması, onların asudə vaxtlarının faydalı və səmərəli təşkili istiqamətində yeni təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.


Görüş çərçivəsində müəllimlərin rəy və təklifləri dinlənilib, qarşılıqlı müzakirələr aparılıb. Bu cür görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyəti vurğulanıb və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində birgə fəaliyyətin davam etdiriləcəyi qeyd olunub.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva