• 08.04.2026 » 19:00

Yevlaxda mavi qaz kəsiləcək‼️

Yevlaxda mavi qaz kəsiləcək‼️ © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabah Yexlax rayonunun bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər regional Qaz İstismar İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, saat 10:00-dan İdarə qaz xətti üzərində quraşdırılmış qoruyucu klapanların alt hissəsində olan siyirtmələri üçgedişli kranla əvəz edəcək və bununla bağlı "Yeni Yevlax" qaz paylayıcısında təmir işləri aparacaq.

Odur ki, Yevlax şəhərinin Nizami prospekti, K.Sabitov, S.Vurğun, Dostluq, Zərdabi, Y.Yevlax, Q.Quliyev, İ.Dəmirov, F.X.Xoyski, Nərimanov, Cavanşir, Şadlınski, M.Hüseynzadə, M.Hüseyn, İnşaatçılar, R.Behbudov, Ş.Qurbanov, Vidadi, F.Kərimov, Əfəndiyev, Firdovsi, C.Cabarlı və M.Ə.Rəsulzadə küçələrində, rayonun Varvara, Balçılı, Salahlı, Səmədabad, Yeni Çobankərə, Ağqıraqlı, Cırdaxan və İsmayılabad kəndlərində qaz kəsiləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva