• 08.04.2026 » 17:14

SEPAH: Hörmüzdən icazəsiz keçən gəmilər məhv ediləcək

SEPAH: Hörmüzdən icazəsiz keçən gəmilər məhv ediləcək © sabirabadxeber.az
Şrift ölçüsü:

ABŞ və İsraillə atəşkəsdən sonra İran Hörmüz boğazını açmayıb.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə “Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.

“İran Hərbi Dəniz Qüvvələri boğazda lövbər salan gəmilərə bu su yolundan keçmək üçün İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) icazə almalı olduqlarını bildirib.

Bölgədə olan mənbələr deyirlər ki, SEPAH Hörmüz boğazından icazəsiz keçən gəmiləri məhv etməklə hədələyib”, - mənbə qeyd edib.

Məlumata görə, İran boğazı aprelin 9-10-da aça bilər.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Şərtlərdən biri İranın Hörmüz boğazını açması ilə əlaqəlidir. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.

ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva