• 28.02.2026 » 22:00

ABŞ-İsrail hücumlarında ölən və yaralananların sayı - Açıqlandı

ABŞ-İsrail hücumlarında ölən və yaralananların sayı - Açıqlandı © sabirabadxeber.az
Şrift ölçüsü:

ABŞ və İsrail tərəfindən İranın 24 əyalətinə təşkil edilən hücumlar nəticəsində 201 nəfər ölüb, 747 nəfər yaralanıb.


“SABİRABADXƏBƏR” xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin sözçüsü “Mehr”ə açıqlamasında bildirib ki,


O əlavə edib ki, hədəf alınan ərazilərdə 220-dən çox “Qızıl Aypara” qrupu fəaliyyət göstərir və xilasetmə əməliyyatları davam edir.


Hücumlar paytaxt Tehran, İsfahan, Kərəc, Qum, Təbriz, Şiraz, Buşehr, Kermanşah və İlam şəhərlərini əhatə edib.


Qeyd edək ki, İsrail Müdafiə Nazirliyi İran ərazisinə “qabaqlayıcı zərbə” endirdiyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp isə İrana qarşı “böyük əməliyyat” başlatdıqlarını bildirib.


Hücumlar səbəbindən İsrail və İran hava məkanları bağlanıb, İsraildə fövqəladə vəziyyət elan olunub və sirenlər səsləndirilib. İranın əks-hücumlarından əvvəl İsrail ictimaiyyətinə sığınacaqlara yönəlmə xəbərdarlıqları verilib.


İran ordusu ABŞ və İsrail hücumlarına cavab olaraq İsrailə onlarla ballistik raket və dronla əks-hücumlar həyata keçirdiyini açıqlayıb. Eyni zamanda, İran Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər və İordaniyadakı ABŞ bazalarını raketlərlə hədəfə alıb, o cümlədən, Bəhreyndəki ABŞ dəniz bazasına zərbələr endirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva