• 28.02.2026 » 14:45

KİV: İsrail hücumlarında SEPAH komandirləri və İranın yüksəkvəzifəli rəsmiləri ölüblər

KİV: İsrail hücumlarında SEPAH komandirləri və İranın yüksəkvəzifəli rəsmiləri ölüblər © sabirabadxeber.az
Şrift ölçüsü:

İrana endirilən hücum zərbələri zamanı SEPAH komandirləri və ölkənin yüksəkvəzifəli rəsmiləri arasında ölənlər var.

"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ABŞ-nin da İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva