• 04.03.2026 » 08:56

SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir

SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir © sabirabadxeber.az
Şrift ölçüsü:

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına tam nəzarət etdiyini açıqlayıb.

"SABİRABADXƏBƏR"  Fars agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Məhəmməd Əkbərzadə bildirib.

Onun sözlərinə görə, İran tərəfi daha öncə boğazdan keçidin təhlükəli olduğu barədə xəbərdarlıq edib.

Buna baxmayaraq, keçməyə cəhd edən 10 neft tankeri raketlər və pilotsuz uçuş aparatları ilə vurulub.

SEPAH nümayəndəsi hazırda Hörmüz boğazının İran qüvvələrinin tam nəzarəti altında olduğunu vurğulayıb./APA

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva