Hacıqabulda “Gələcəyin liderləri” mövzusunda tədbir keçirilib
"Sabirabadxəbər" məlumat verir ki, Hacıqabul rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə 1 nömrəli tam orta məktəbin akt zalında “Gələcəyin liderləri” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə ümumilikdə 60 nəfər gənc iştirak edib.
Tədbirin əsas məqsədi gənclərdə liderlik bacarıqlarının inkişaf etdirilməsi, onların şəxsi potensiallarının üzə çıxarılması və gələcək fəaliyyətlərində daha fəal mövqe tutmalarına dəstək göstərilməsi olub. Çıxış edənlər liderlik keyfiyyətlərinin formalaşması, düzgün qərarvermə, komanda ilə işləmək bacarığı və şəxsi inkişafın əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Eyni zamanda iştirakçılarla interaktiv müzakirələr aparılıb, onların fikirləri dinlənilib və müxtəlif suallar cavablandırılıb. Gənclər üçün motivasiyaedici çıxışlar tədbirin maraqlı və faydalı keçməsinə şərait yaradıb.
Sonda belə tədbirlərin gənclərin inkişafında mühüm rol oynadığı vurğulanıb və bu istiqamətdə layihələrin davamlı olaraq həyata keçiriləcəyi qeyd edilib.









